Mədəniyyət və Turizm Nazirliyinin 2009-2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə elan etdiyi “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu davam edir. Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən aldığımız məlumata görə, dekabrın 1-dən elan olunan müsabiqə üçün müraciətlər artıq başlayıb.
   Nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və orijinaldan bədii tərcümə nominasiyaları üzrə elan olunan müsabiqəyə əsərlərin qəbulu 2011-ci il martın 1-dək davam edəcək.
   Mükafatın təqdimetmə mərasimi isə gələn il, mayın ilk ongünlüyündə keçiriləcək.