Azərbaycan Milli Xalça Muzeyinin “Ənənələri yaşadanlar” layihəsi davam edir. Yanvarın 11-də layihənin toxuculuq sənətinə həsr olunan növbəti təqdimatı gerçəkləşib.
Canlı videobağlantı vasitəsilə baş bərpaçı-toxucu Şəkər Ələsgərova iştirakçıları dəstərxanın toxunma prosesi ilə tanış edib. O, xalça məmulatını ərsəyə gətirməyi və unudulmaqda olan qədim toxuculuq texnologiyasının sirlərini izləyicilərlə bölüşüb.