İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyası və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “Şuşa, sən azadsan!” mövzusunda rəsm müsabiqəsi keçirilib.

“Şuşa İli” münasibətilə təşkil olunan müsabiqədə rayonun Zarağan kəndində yerləşən Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin şagirdlərinin mədəniyyət paytaxtımızın tarixi və erməni işğalından azad edilməsi ilə bağlı rəsm əsərləri nümayiş olunub.

Tədbirin açılışında qalereyanın direktoru Təzəgül Nəsmiyeva, Qəbələ qoruğunun direktoru Zahir Kərimov, Şuşa rayon 24 saylı ümumi orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Məhər Quluzadə və Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev çıxış ediblər. Dövlət başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsinin əhəmiyyəti vurğulanıb.

Məktəbin şagirdləri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olunub.  Sonra müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

Nurəddin