Nizami Kino Mərkəzindən bildirilib ki, 20 Yanvar – Ümumxalq Hüzün Günü ilə əlaqədar repertuarda müvafiq dəyişiklik edilib.
20 Yanvar şəhidlərinin xatirəsi “Silahdaşlar” filminin nümayişi ilə anılıb. “Salnaməfilm” studiyasının əməkdaşları tərəfindən lentə alınan sənədli film yanvarın 20-də iki seansda – saat 12:00 və 15:00-da təqdim edilib.
Filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyevdir. Filmin müəllifləri kino işçilərinin 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərməyə çalışıblar. Ekran əsərində 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr öz əksini tapıb.