![](/img/news/700x420/6090.jpg)
Məlumata əsasən, artıq bir neçə ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, Novxanı və Corat bağlarının sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırıb. Bunun nəticəsidir ki, bu qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimuma düşüb.
Belə qurğuların quraşdırılmadığı məntəqələrdə - Səbayel rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində - ötən il olduğu kimi, bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.
Fəxriyyə Abdullayeva