Bethoven, Şubert və Şuman
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “BakuOperArt” layihəsinin “Komm, hoffnung” (“Gəl, ümid”) adlı konsert proqramı təqdim ediləcək.
Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi layihəsi hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib.
İki istedadlı musiqiçi – Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera-vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar konsertdə xüsusi atmosferi yaradacaq fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkürlərini bildiriblər.