BMT-nin Dünya Turizm Təşkilatının İcraedici Şurasının iyunun 19-dan 21-dək Keniyada keçirilən 19-cu sessiyasında Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu quruma “qoşulmuş üzvlər” kimi təsdiq olunub.
Bu barədə qəzetimizə ATİ-nin rektoru Cəfər Cəfərov məlumat verib. Onun sözlərinə görə, ATİ-nin belə bir mötəbər quruma üzv olması üçün bir neçə ay əvvəl DTT-nin rəhbərliyinə müraciət göndərilib: «Əslində ATİ yarandığı gündən bu istiqamətdə müəyyən işlər görülürdü. DTT peşəkar qurumların toplaşdığı bir təşkilatdır. O cümlədən buraya dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən universitetlər də üzvdür. Onun tələblərinə cavab vermək üçün bizə bir qədər vaxt lazım oldu. 6 ay əvvəl Dünya Turizm Təşkilatının nümayəndələri ATİ-yə qonaq gələndə üzvlük üçün müraciət etdərək lazım olan sənədləri hazırlayıb təqdim etdik. İyunun 28-də isə bizə artıq DTT-yə üzv olmağımızla bağlı xəbər gəldi».
Rektor onu da bildirdi ki, hazırda ATİ-nin kollektivi bu qurumun keyfiyyət sertifikatını almaq üçün ciddi hazırlaşır.
Qeyd edək ki, artıq Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyasının DTT tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə, proqramlarda və bir sıra layihələrdə “qoşulmuş üzv” kimi Azərbaycanı təmsil etmək hüquqları var.