Hind kinosunun səsi

 

Hind kinosunun səsi kimi məşhurlaşan bəstəkar, müğənni, aktrisa Lata Manqeşkar fevralın 6-da, 92 yaşında vəfat edib. Bir qədər əvvəl koronavirusa yoluxduğu bildirilən sənətçi Mumbay şəhərində klinikaların birində müalicə alırdı.

Manqeşkar Bollivudun “qızıl dövrü” adlanan 1950-1970-ci illərin simvollarından hesab olunur. Ölkədə “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılan Manqeşkar 30-dan çox filmdə hind dilində, həmçinin marati və benqal dillərində mahnılar oxuyub. O, çoxsaylı kino mükafatlarının qalibidir.

Lata Manqeşkarın səsi “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “Qisas və qanun” (1975) kimi məşhur filmlərdə səslənib.

Hindistan hökuməti  ölkənin əfsanəvi müğənnisi Lata Manqeşkarın xatirəsinə ikigünlük milli matəm elan edib.