Britaniyalı musiqiçi Stinq bütün mahnılarının müəllif hüquqlarını “Universal Music Group”  (UMG) şirkətinə satıb. Müqavilə təxminən 250 milyon dollara başa gəlib.

Şirkət müğənninin bütün bəstələrinin, o cümlədən son albomu “The Bridge”dən olan treklərin master surətlərini almaq hüququnu əldə edib. UMG həmçinin “The Police” qrupun tərkibində çalışmış və Stinq tərəfindən yazılmış bütün musiqilərin hüquqlarını əldə edib. Mahnıların nəşr hüquqları “Universal Music Publishing Group”a verilib.

“Mənim üçün çox vacibdir ki, yaradıcılıq irsim dəyərli və hörmətli bir evə sahib olsun. Bu, təkcə sadiq pərəstişkarlarım ilə yeni formada əlaqə qurmaq üçün deyil, həm də mahnılarımı yeni auditoriyaya, musiqiçilərə və nəsillərə çatdırmaq üçündür”, – deyə Stinq bildirib.

Cavid