İyulun 12-də Azərbaycan Turizm İnstitutunun Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) üzrə təhsil alan tələbələrinin dövlət imtahanı yekunlaşıb.
ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu proqram üzrə təhsil alan 21 tələbə milli diplomlar üzrə keçirilən dövlət imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra ikinci imtahana buraxılıb. 19 tələbə bu imtahanı da yüksək səviyyədə verərək Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomuna layiq görülüb. Qeyd edək ki, ötən il bu diplomu ATİ-nin 14 tələbəsi almışdı.
İyulun 14-də isə Beynəlxalq Muğam Mərkəzində Turizm İnstitutunun «Məzun-2011» adlı buraxılış tədbiri keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, digər nazirliklərin rəsmiləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, elm və mədəniyyət xadimlərinin, ATİ-nin beynəlxalq əməkdaş təhsil müəssisələrinin rəhbərlərinin iştirakı gözlənilir.
Mərasimdə ATİ-nin builki 193 nəfər məzununa fəxri diplomlar, 19 nəfər Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) məzununa Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu, 1 nəfərə isə ikinci ali təhsil haqqında ATİ-nin diplomu təqdim ediləcək.
Rəsmi hissədən sonra tədbir incəsənət ustalarının ifası ilə davam etdiriləcək.
F.Abdullayeva