Türkiyə kinoteatrlarında 1 milyondan çox tamaşaçı toplayıb
TRT-nin yeni animasiya layihəsi olan “Aslan. Hürkuş – itirilmiş almaz” filminin Avropada nümayişi başlanıb.
“Akko Organizasyon” şirkəti ilə birgə ərsəyə gətirilən (ssenarist – Özgür Balamir, rejissorlar – Haydar Sinan Güngör, Hakan Bol) 92 dəqiqə xronometrajı olan animasiya filminin 2020-ci ildə ekranlara çıxması nəzərdə tutulsa da, pandemiya səbəbindən iki il ləngiyib.
Yanvarın 7-dən Türkiyənin kinoteatrlarında təqdim edilən və bir ay içində 1 milyondan çox tamaşaçı toplayan animasiya filmi Almaniyanın 30 şəhərində 32 kinoteatrda yayıma çıxarılıb. Film fevralın 18-də Avstriyanın 3 şəhərindəki 4 kinoteatrda da göstəriləcək.
Fevralın 24-də Danimarkada təqdim olunacaq filmin Belçika, Hollandiya, Lüksemburq və İngiltərədə də nümayişi planlaşdırılır.
Animasiya filmində pilot ulu babasından miras qalan təyyarəni – “Hürkuş”u işə salmaq üçün mühəndis olmağı hədəfləyən Aslanın başına gələn macəradan bəhs edilir.