Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Unutmarıq” adlı tədbir keçirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova tədbiri açaraq Xocalı faciəsi haqqında məlumat verib.
Xocalı faciəsinin canlı şahidi, “Erməni zindanında 8 gün” kitabının müəllifi Dürdanə Ağayeva əsirlikdə olduğu müddətdə başına gələn hadisələrdən danışıb.
Xocalı sakinləri Elşad Ağayev, Sevda Kərimova, Mürvət Məmmədov, Vərziyar Əliyeva və İman Allahverdiyev faciə zamanı şahidi olduqları erməni terrorizminin dəhşətlərindən söhbət açıblar.
Tədbirdə muzey əməkdaşları tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub. Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş kompozisiya təqdim edilib.