Amerikalı multimedia nəhəngi “Netflix” yeni film layihəsində bir neçə döyüş səhnəsinin çəkilişi üçün Portuqaliya paytaxtını seçib. Çəkilişlər 2022-ci ilin iyulunda bir həftə ərzində aparılacaq.
Məlumata görə, Lissabonun “Prasa du Komersiu” ticarət meydanını əhatə edən ərazilərdə həyata keçiriləcək çəkilişlərdə odlu silah, pirotexniki vasitələrdən istifadə olunacaq, avtomobil və motosikletlərdə təqiblər də lentə alınacaq.
Lissabonda bu miqyasda sonuncu layihə “La Casa de Papel” (“Kağız ev”) serialının çəkilişləri zamanı həyata keçirilib.