“Bu qardaş müharibəsinin əleyhinəyəm”
2013-cü ildə Rusiya vətəndaşlığını qəbul etmiş fransalı aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara münasibətini ilk dəfə ifadə edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.
Aktyor bu barədə “France-Presse” agentliyinə açıqlamasında bildirib.
“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın”, – deyə Jerar Depardye bildirib.
Qeyd edək ki, aktyor Fransanın keçmiş Prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarına 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. Depardye 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı pasportunu alıb.