21-28 aprel tarixində keçirilməsi nəzərdə tutulan 44-cü Moskva Beynəlxalq Film Festivalı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin doğurduğu vəziyyətlə əlaqədar 2022-ci ilin ikinci yarısına təxirə salınıb.
Məlum olduğu kimi, müharibə səbəbindən ABŞ və Avropa İttifaqı başda olmaqla bir sıra ölkələr Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər. Həmçinin bir çox ölkələrdən Rusiyaya aviauçuşlar dayandırılıb.
Festivalın təşkilatçılarının yaydığı məlumatda da qeyd olunur ki, müxtəlif ölkələrdən kino xadimləri mövcud vəziyyətdə Moskvaya gələ bilməyəcəklərini bildiriblər. Öz növbəsində təşkilatçılar daha əvvəl iştirakını təsdiqləyən kinorejissorlara minnətdarlıq edərək festivalın bu il baş tutacağına ümidlərini ifadə ediblər: “Ümidvarıq ki, hamınız bu ilin sonunda Moskvaya yeni əsərlərinizlə gələcəksiniz...”.
Xanım Rəsul