Türkiyə 2012-ci ildə Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (AİTF) milli stendlə iştirak edəcək. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tanıtma şöbəsinin müdiri Güven Taşbaşı məlumat verib. O qeyd edib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətləri hər il ölkənin tarixi, turizm məkanlarının tanıdılması məqsədilə dünyanın müxtəlif yerlərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edir. Ümumiyyətlə, qardaş ölkə 2012-ci ildə milli və şirkət səviyyəsində 62 ölkədə olacaq 157 turizm sərgisində iştirak edəcək.
Türkiyə gələn ilin aprelində Bakıda keçiriləcək 11-ci AİTF-2012 sərgisində tərəfdaş ölkə kimi və milli stendlə iştirak edəcək. Bu sərgidə iştirak etmək istəyən Türkiyənin əsas turizm şirkətləri də artıq hazırlıqlara başlayıblar.
Fəxriyyə Abdullayeva