Avropanın ən nüfuzlu kino müsabiqəsi sayılan Kann Film Festivalı 75 illiyini qeyd edir. Bu il festival mayın 17-dən 28-dək davam edəcək.

Festivalın əsas proqramında 23 film yer alıb. Onlardan 11-nin rejissoru qadındır. Münsiflər heyəti yaxın günlərdə açıqlanacaq.

75-ci Kann Film Festivalının afişası isə artıq təqdim olunub. Afişa 1998-ci ildə avstraliyalı Piter Veirin çəkdiyi və Cim Kerrinin baş rolda oynadığı məşhur “Truman şousu” filmindən rəmzi səhnəni əks etdirir. Afişada səmaya doğru ucalan pilləkənlər əks olunub.

V.Kamal