Mayın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4 saylı Uşaq incəsənət məktəbinin ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş hesabat konserti keçirilib.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə idarənin rəisi İbrahim Əliyev, paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin rəhbərləri, Xalq artisti Mübariz Tağıyev, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramında məktəb şagirdlərinin ifasında Ü.Hacıbəyli, T.Quliyev, A.Gəray N.Əliverdibəyov, F.Şopen kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, “Leyla” rəqs kollektivinin ifasında rəqslər təqdim olunub.
Tədbir çərçivəsində məktəbin istedadlı şagirdlərin rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.