20-24 iyun tarixində Fransanın Kann şəhərində “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalı keçirilib. Festivalda “Young Lions Azerbaijan-2022” müsabiqəsinin Azərbaycan üzrə qalibləri də iştirak edib.

“Meta”, “Twitter”, “Spotify”, “Warner Bros”, “Pinterest”, “Amazon” kimi qlobal brendlərin təmsil olunduğu tədbir zamanı dünyanın müxtəlif ölkələrindən sənaye nümayəndələrinin, o cümlədən Peris Hilton, Rayn Reynolds, Patrik Stüart kimi məşhurların çıxışları olub, panel sessiyaları keçirilib. Qeyd edək ki, “Young Lions Azerbaijan-2022” müsabiqəsinin yerli mərhələsində qalib olmuş 4 nəfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala qatılıb