2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 16-cı bəndinə (Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi) uyğun olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TİKA və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə mehmanxana işçiləri üçün növbəti treninqlər başlayıb.
Noyabrın 21-dən Azərbaycan Turizm İnstitutunda təşkil olunan təlim-tədris kurslarında Türkiyədən dəvət olunmuş müəllimlər mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməçilik üzrə dərsləri tədris edəcək. Kurslar noyabrın 25-də dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq.
Fəxriyyə Abdullayeva