Oğuz rayonunda yaşayan dağ yəhudiləri ilə bağlı yeni sənədli film çəkilir. Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan “Oğuz yəhudiləri” adlı filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, İsrail tərəfdən prodüseri əslən Azərbaycandan olan diaspor fəalı və şair Şaul Siman-Tovdur.
Filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq. Ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilindən nəql edilir.
Rejissor Rüfət Əsədov dağ yəhudiləri ilə bağlı indiyədək beş sənədli film çəkib.