Amerikalı müğənni Beyons altıillik fasilədən sonra “Renaissance” adlı albom buraxıb. Bu, dünya şöhrətli müğənninin sayca yeddinci albomudur. Bu barədə öz saytında məlumat verən müğənni albom üzərində üç ildir işlədiyini bildirib.
Yeni albomuna 16 mahnı daxil edilib. Müğənninin sözlərinə görə, mahnılar rəqəmsal platformalarda da əlçatan olacaq.
Qeyd edək ki, 40 yaşlı Beyons qadın müğənnilər arasında ən çox “Qremmi” musiqi mükafatı sahibidir. Onun hesabında 28 belə heykəlcik var.