Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzinin akt zalında tanınmış uşaq yazıçısı, “Everest” nəşriyyat evinin baş redaktoru, “İrs” nağıl evinin müdiri Solmaz Amanova ilə görüş keçirilib.

Görüşdə Xəzər rayon MKS-nin filial əməkdaşları, oxucular, məktəblilər və digər qonaqlar iştirak ediblər.

Baş idarədən bildirilib ki, görüşün məqsədi, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaq, uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu vurğulamaqdır.

Görüşdə S.Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları”, həmçinin “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi kitabları barədə ətraflı məlumat verib.

Sonda uşaqlar müəllifin sözlərinə bəstələnmiş mahnını ifa ediblər.