Robert Pattinsonun baş rolu oynadığı “Betmen” (“Batman”) filminin ikinci hissəsinin çəkilişləri hələ “Warner Bros.” tərəfindən təsdiqlənməyib.
Kino şirkətinin özü sikvel barədə aprelin sonunda elan etsə də, istehsala hələ rəsmən razılıq verilməyib. Problem “Warner Bros.”un yeni rəhbərliyi (David Zaslav) ilə əlaqədardır.
Qeyd edək ki, 2022-ci ilin martında ekranlara çıxan və dünya prokatında təxminən 770 milyon dollar toplayan filmin ilk bölümü tamaşaçılar və mətbuat tərəfindən bəyənilib.
Bununla belə, “Warner Bros.” Korporasiyası “Betmen 2”nin çəkilişlərinə tezliklə başlamaq istəmir. Ekspertlər yeni filmin premyerasının 2024-cü ildən tez olmayacağını bildirirlər.