C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında növbəti filmin çəkilişləri yekunlaşıb.
Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayevdir. Ssenarini rejissorla birlikdə tədqiqatçı, jurnalist Vasif Quliyev yazıb.
Yeddi hissədən ibarət filmin əsas qəhrəmanı nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.
Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş olunacaq.