Dünya şöhrətli azərbaycanlı, SSRİ Xalq artisti, milyonların sevimlisi Müslüm Maqomayevin postsovet məkanında 80 illik yubiley tədbirləri davam edir.
Sentyabrın 10-da Qırğızıstanın paytaxtı Bişkekdə Humanitar və Mədəni Təşəbbüslər Fondunun təşkil etdiyi “Sənə minnətdaram” adlı konsert keçiriləcək. Konsertdə “məxməri bariton” adlandırılan İqor Voronsov Müslüm Maqomayevin repertuarından ən məşhur mahnıları ifa edəcək. Vokalçını Qırğızıstanın Xalq artisti Bakıt Tilegenovun rəhbərlik etdiyi Bişkek Bələdiyyəsi Simfonik Orkestri müşayiət edəcək.
Təşkilatçıların səs və repertuar imkanlarını yüksək qiymətləndirdiyi İqor Voronsov “Orta Asiya Romasiadası” müsabiqəsinin bədii rəhbəri, Qırğızıstandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin mədəniyyət layihələrinin kuratorudur.
Gülcahan