“Taliban” dövründə ilk festival

 

Əfqanıstanda “Taliban” rejimi hakimiyyətə gəldikdən bir il sonra açılan bəzi kinoteatrlarda əfqan filmləri nümayiş olunmağa başlanıb.

“Taliban” rejimi dövründə ilk dəfə Əfqanıstan Radio və Televiziya Korporasiyası və yerli kino assosiasiyaları tərəfindən “Yeni Baxış” Qısa Film Festivalı təşkil edilib. Festival paytaxt Kabildəki iki kinoteatrda keçirilir.

Festival çərçivəsində əfqan rejissorların çəkdiyi 30-dan çox qısametrajlı və sənədli film tamaşaçılara təqdim olunur. Filmlərdə daha çox sosial cəhətdən zəif qrupların üzləşdiyi problemlərə və dini mövzulara toxunulur.

Dörd gün davam edəcək festivalda münsiflər heyəti “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” və “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə seçimlər də edəcəklər.