Alman eksperimentator Fabian Ştelzer süni intellektdən istifadə edərək film hazırlayır. Müəllif gələcək “Duz” adlı filmindən bir səhnəni təqdim edib.

Müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə ərsəyə gətiriləcək. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

Eksperimentatorun yaradacağı “Duz” layihəsi kosmonavtların qəribəliklərlə zəngin olan sərgüzəştlərinə həsr olunacaq. Filmin davamı isə izləyicilərin özlərindən asılıdır. Müəllifin tapıntısına görə, tamaşaçılar ideyadan ilhamlanaraq neyron şəbəkələr üçün mətn təlimatlarını özləri tərtib edəcəklər.

Cavid