XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına müvafiq olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan və müsəlman Şərqi tarixində ilk opera və ilk operettanın müəllifidir. Dahi bəstəkar irihəcmli musiqi əsərləri ilə yanaşı, marş, kantata, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, bir çox xalq mahnısını nota salıb.