“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi İsveçdə festivalda iştirak edəcək.

Ekran əsəri bu ilin 8-9 oktyabr tarixlərində Stokholm şəhərində keçiriləcək 13-cü SAMA Beynəlxalq Film Festivalının beynəlxalq proqramında nümayiş olunacaq. Premyerası bu ilin aprelində Niderlandda “Go Short” Beynəlxalq Film Festivalında gerçəkləşən, bir neçə beynəlxalq festivalda ölkəmizi təmsil edən ekran işi işğal edilmiş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, təsvir rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova, aktyorlar Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

Lalə