“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi, rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıyan “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir.

Layihənin növbəti buraxılışında dahi Azərbaycan bəstəkarı, musiqişünas, publisist, dramaturq Üzeyir Hacıbəylinin “Məzhəkə” felyetonu təqdim olunub.
Satirik hekayəni “ASAN Radio”nun direktoru, jurnalist, televiziya və radio aparıcısı Emin Musavi qiraət edib.

Felyetonu https://www.youtube.com/watch?v=zC3tXnOZOPk linki vasitəsilə dinləmək olar.