İstanbul şəhəri 2023-cü ildə “Türk Dünyasının Gənclik Paytaxtı” olacaq. Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin Bursada keçirilən VI toplantısında qərar qəbul olunub.
Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu İstanbulun “Gənclik Paytaxtı” adını qürurla daşıyacağına, Türk dünyası gəncləri arasında həmrəyliyin daha da güclənməsinə, eləcə də əməkdaşlıq əlaqələrinin daha da inkişafına vəsilə olacağına əminliyini ifadə edib. Qeyd edək ki, bundan əvvəl “Türk Dünyasının Gənclik Paytaxtı” adını Özbəkistanın Buxara şəhəri daşıyıb.
TDT-nin gənclər və idman nazirlərinin 6-cı toplantısında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Macarıstanın aidiyyəti nazirləri, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev iştirak ediblər.
Mehparə Sultanova
Ankara