Oktyabrın 2-də Heydər Əliyev Sarayında Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli bəstəkar Eldar Mansurovun 70 illik yubileyi münasibətilə konsert keçirilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Xalq artisti Cavanşir Cəfərov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər – Xalq artisti Rüfət Xəlilzadə), Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, Cavan Zeynallı, Brilliant Dadaşova və digər solistlərin iştirakı ilə bəstəkarın bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.
Sonda çıxış edən yubilyar gecənin təşkilində dəstəyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.