İstanbulda Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin solo konserti keçirilib. Konsert proqramı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin “Bəyoğlu Mədəniyyət Yolu” festivalı çərçivəsində İstanbulun “Grand Pera” səhnəsində baş tutub.
Konsert barədə danısan Turan Manafzadə səsləndirilən əsərlərin əksəriyyətinin söz və musiqisinin özünə aid olduğunu bildirib: “Proqrama aranjiman etdiyim xalq mahnıları da daxil edilmişdi. Bundan əlavə, Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə repertuarıma onun “Mən səni araram” əsərini də əlavə etdim. Dahi bəstəkarımız haqqında dinləyicilərə məlumat verdim. Salonu dolduran sənətsevərlər Azərbaycan musiqisini böyük sevinc və maraqla qarşıladı, mənimlə birgə oxudular”.