Martın 2-də İçərişəhərdə yerləşən «Atropat» hotelində «Beynəlxalq turizm hüququ», «Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti» və «Turizmin davamlı inkişafı: yerli planlaşdırma üzrə mütəxəssislər üçün vəsait» kitablarının təqdimat mərasimi keçiriləcək. Hər üç kitab Azərbaycanda “Turizm ili” tədbirləri çərçivəsində və ölkəmizdə turizm sektorunun inkişafına töhfə olaraq nəşr edilib.