İsrailin məşhur pianoçusu, beynəlxalq müsabiqələr laureatı, bəstəkar İlana Zalka-Rubinşteyn Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri və mühazirə keçmək üçün dəvət olunub.
Noyabrın 23-də qonaq BMA-da “Musiqi bizə sevgi haqqında danışacaq” mövzusunda mühazirə-dərs keçib.
BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağı təqdim edib.
İlana Zalka-Rubinşteyn Bakıya gəlişindən çox məmnun olduğunu və azərbaycanlılara böyük rəğbət bəslədiyini bildirib.
O, mühazirə zamanı – Y.S.Bax, F.Mendelson, V.A.Motsart, F.Şopen, R.Şuman, R.Vaqner kimi bəstəkarların yaradıcılığına toxunaraq onların əsərlərindən nümunələr ifa edib.
Sonda qonaq özünün müəllifi olduğu “Noktürn” əsərini ifa edib.