Azərbaycan

 

30 noyabr 1926 – Azərbaycanda iki əsas ədəbi qurum – “Gənc qızıl qələmlər” dərnəyi  və “Ədəbiyyat cəmiyyəti” birləşərək “Qızıl qələmlər ittifaqı” adlandırılıb. Ədəbi ittifaqın respublikanın bir sıra şəhərlərində şöbələri açılıb.

30 noyabr 1934 – Tanınmış şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

30 noyabr 1950 – Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri (dekadası) başlanıb. Dekabrın 9-dək davam edib.

30 noyabr 1973 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (15.1.1904 – 1973) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib. 

30 noyabr 1973 – Əməkdar incəsənət xadimi, rəssam İzzət Əli qızı Seyidova (20.10.1910 – 1973) vəfat edib. İlk azərbaycanlı qadın teatr rəssamlarından olub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

30 noyabr 2012 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (21.8.1927 – 2012) vəfat edib.

 

1 dekabr 1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.

1 dekabr 1981 – Bakıda görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yolayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.

1 dekabr 2015 – UNESCO Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında (Vindhuk, Namibiya) Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti” nominasiyası təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

1 dekabr 2016 – Şəki şəhərində “Şəki – Türk Dünyasının Mədəniyyət Paytaxtı – 2016” ilinin bağlanış mərasimi keçirilib. TÜRKSOY-un “Mədəniyyət paytaxtı” layihəsində estafeti Qazaxıstanın Türküstan şəhəri qəbul edib.

 

2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq Həsənəli xan Qaradaği (1848-1929) vəfat edib. Şuşada doğulub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.

2 dekabr 1966 – Əməkdar artist Atamoğlan Balababa oğlu Rzayev (1912–1966) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə (“Kəndlilər”, “Koroğlu”) çəkilib.

2 dekabr 2002 – Əməkdar artist, vokalçı Rəhilə Muxtar qızı Cabbarova (24.11.1922 – 2002) vəfat edib. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

2 dekabr 2021 – Əməkdar mədəniyyət işçisi Gülnar Ələkbər qızı Əliyeva (29.8.1945 – 2021) vəfat edib. “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı olub.

 

Dünya

 

30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667–1745) anadan olub.

30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817–1903) anadan olub.

30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835–1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

 

1 dekabr 1940 – Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor; 1940-2005) anadan olub.

 

2 dekabr 1888 – Türk yazıçısı, şair Namiq Kamal (21.12.1840 – 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah” və s.

2 dekabr 1891 – Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.

2 dekabr 1923 – Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas – Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.

Hazırladı: V.Orxan