Azərbaycanda ilk dəfə olaraq “SW Travel” şirkəti bütün dünya üzrə hotellərin onlayn bronlaşdırılması - “SWB2B” sistemini istifadəyə verib. Şirkətin tərəfdaşları “SWB2B” sisteminə qoşulmaqla hotellər üzrə tam və dolğun (şəkilli və xəritəli) informasiya əldə etmək, sifarişin dərhal təsdiqini almaq, müştəri üçün loqotipli vauçeri çap etmək və öz sifarişlərinə tam nəzarət etmək imkanı qazanacaqlar.
   “SWB2B” sistemi personal parola malik qeyri-məhdud agentlər yaratmaq, hotelləri ölkə, şəhər, kurort, kateqoriya və yerləşməsi üzrə axtarmaq, axtarışın nəticələrini qiymət, kateqoriya və s. göstəricilər üzrə ixtisar etmək imkanı verir. Proqramın interfeysi Azərbaycan, rus və ingilis dillərindədir.
   Bu sistemin əsas üstünlüyü dünyanın ən yaxşı turist operatorlarının resursları ilə işləmək, bu zaman onlar qarşısında heç bir maliyyə və müqavilə öhdəliyi götürməmək imkanıdır. Sistemə bütün gün ərzində dünyanın istənilən nöqtəsindən pulsuz qoşulmaq olar.
   “SW Travel” əldə etdiyi bu nailiyyətlə kifayətlənmək fikrində deyil. Yaxın vaxtlarda “SWB2B” sisteminə dünyanın istənilən nöqtəsində avtomobil kirayəsi, eləcə də istənilən aviaşirkətin biletini bronlaşdırma və yazılması xidmətləri də əlavə olunacaq.
   
    Fəxriyyə Abdullayeva