Aprelin 30-da Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “ATM 2012” beynəlxalq turizm sərgisi işə başlayıb. Mayın 3-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi xüsusi lövhə ilə təmsil olunur. Stenddə 8 yerli turizm şirkəti və 2 mehmanxana da öz imkanlarını təqdim edir.
   Qeyd etmək lazımdır ki, Azərbaycan 2004-cü ildən etibarən hər il regionun ən böyük sərgisi olan “ATM” beynəlxalq turizm sərgisində iştirak edir. Budəfəki tədbirdə ümumilikdə 117 ölkədən 1400-ə yaxın şirkət təmsil olunur. “ATM 2012” Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə iştirak etdiyi sayca 14-cü beynəlxalq turizm sərgisidir.

   Fəxriyyə Abdullayeva