Prezident İlham Əliyevin tapşırığına əsasən, investisiya imkanlarının araşdırılması məqsədilə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun başçılığı ilə nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olub.
   
   Nümayəndə heyətinin tərkibində İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, dövlət şirkətləri və Azərbaycanda fəaliyyət göstərən biznes strukturlarının əməkdaşları yer alıb. Səfərdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu təmsil edib.
   Səfər zamanı Qırğızıstanın hökumət rəsmiləri ilə görüş keçirilib. Qırğızıstanın mədəniyyət və turizm nazirinin müavini K.Bazarbayevlə mədəniyyət sahəsində, digər nazir müavini B.Kenenbayevlə turizm sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və bu sahələrə investisiya imkanlarının araşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.