Türkiyənin dünyaca məşhur “Anadolu atəşi” rəqs ansamblı yenidən Bakıda səhnəyə çıxacaq. Kollektiv fevralın 8-də “Baku Crystal Hall”da möhtəşəm rəqs şousu təqdim edəcək.
Ansamblın şou proqramına yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.
Qeyd edək ki, 2002-ci ildən qastrol səfərlərinə başlayan ansambl bütün dünyanı gəzir. “Anadolu atəşi”nin şousunu 45 ölkədə 100 milyondan çox tamaşaçı izləyib. Ansambl Azərbaycanda da bir neçə dəfə möhtəşəm proqramla çıxış edib və böyük rəğbət qazanıb.