Türkiyəli müğənni Sertab Erener fevralın 14-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. İfaçı öz repertuarından sevilən mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Türkiyənin güclü səsi Sertab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında “Altın kəpənək” mükafatına layiq görülüb.
Martın 8-də isə Bakı Konqres Mərkəzində Türkiyədən daha bir ünlü sənətçi – Sibel Can çıxış edəcək. Özünəməxsus ifa tərzi ilə milyonların qəlbini fəth edən müğənni Bakıda növbəti konsertində repertuarından ötən illərin məşhur mahnılarını və yeni bəstələri oxuyacaq.