Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam axşamları” layihəsi davam edir. Fevralın 17-də keçiriləcək növbəti konsert proqramı “Bayatı-Qacar” və “Şüştər” muğamlarına həsr olunub.
Muğamlar Sevinc Sarıyeva, Nisbət Sədrayeva, Rəvanə Qurbanova və Məmməd Nəcəfovun ifalarında təqdim olunacaq.
BMM-də “Muğam axşamları” layihəsi 2017-ci ildən həyata keçirilir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərir.