Bakıdakı Rus evində görkəmli bəstəkar Aleksandr Darqomıjskinin (1813-1869) 210 illiyinə həsr edilmiş konsert olub.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən verilən məlumata görə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinanın tərtib etdiyi konsert proqramına bəstəkarın yaradıcılığından nümunələr daxil edilib.
Konsertdə Əməkdar artist Anton Ferştandt, Lalə Muxtarova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Əminət Əhmədova və Atifə Qarabağinin ifaları maraqla qarşılanıb.
Aleksandr Darqomıjski musiqidə realistik janrın əsasını qoymuş rus bəstəkarıdır. Onun şah əsəri olan “Su pərisi” yeni janrın – xalq-məişət psixoloji musiqi dramının ilk nümunəsi sayılır. Darqomıjski musiqiyə ilk dəfə sosial bərabərsizlik mövzusunu gətirib.