Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Burada Xocalı faciəsi ilə bağlı ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm