İyulun 25-də İndoneziyanın ölkəmizdəki səfiri Prayono Atiyanto və səfirin müşaviri Aqus Trimartono Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru, professor Cəfər Cəfərov qonaqlara təhsil ocağının fəaliyyəti barədə məlumat verib. ATİ-nin xarici təhsil müəssisələri ilə əlaqələrindən danışan rektor Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə müqavilə çərçivəsində həyata keçirilən ikili diplom proqramının üstünlüklərindən söz açıb. Qeyd olunub ki, bu il institutu bitirən 211 məzundan 24 nəfəri eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu alıb.
   ATİ məzunlarının dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanın nüfuzlu hotellərində çalışdıqlarını qonaqların nəzərinə çatdıran rektor vurğulayıb ki, hazırda Turizm İnstitutu 30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla əlaqə saxlayır. Burada bakalavr, magistr pilləsi, ikinci ali təhsil və doktorantura proqramı üzrə kadr hazırlığı uğurla yerinə yetirilir.
   İndoneziya səfiri Prayono Atiyanto səmimi görüşə və ATİ haqqında geniş məlumata görə rektora təşəkkürünü bildirib. Səfir ölkəsinin mədəniyyəti, turizm potensialı barədə söz açıb. İndoneziyanın bir sıra dövlət və özəl ali məktəblərində turizm təhsilinə xüsusi önəm verildiyini diqqətə çatdıran qonaq ATİ-dəki tanışlıq görüşünün iki ölkənin ali təhsil müəssisələri arasında faydalı əməkdaşlığa səbəb ola biləcəyinə inandığını deyib.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar