Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq miqyaslı müsabiqələr laureatı Urfan Cəfərov Nyu-Yorkda keçirilən opera ifaçılarının vokal müsabiqəsində (“American International Vocal Competition of Opera Singers – 2023”) qızıl medal qazanıb.

Beynəlxalq müsabiqəyə 67 ölkənin vokalçıları qatılıb. Urfan Cəfərov müsabiqənin qalibi kimi solo konsert üçün sertifikat alaraq dünyanın ən məşhur konsert salonlarından sayılan “Carnegie Hall”da ifası ilə Azərbaycanı təmsil edib.

Müsabiqədə bütün yaş qruplarından vokalçılar iştirak ediblər. Qeyd edək ki, bu müsabiqə eyni zamanda gənc ifaçıların nüfuzlu səhnədə solo konsertini təmin edən platformadır.