“Qara Qarayev və tələbələri”

 

Martın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Qara Qarayev və tələbələri” adlı orqan musiqisi axşamı keçirilib.

Konsert dahi bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü münasibətilə gerçəkləşib.

Gecədə Əməkdar artist Töhfə Babayeva (violin), solistlər Rasimə Babayeva, Nigar Məmmədova, Səbinə Aslanova və Şəfəq Abdullayeva (hamısı orqan) çıxış ediblər.

Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və Cəlal Abbasovun əsərləri səsləndirilib.

 

“Fleyta və piano gecəsi”

 

Kamera və orqan musiqisi zalında “Fleyta və piano gecəsi” adlı konsert də təşkil edilib.

Musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri) və Həsən Əsədov (kontrabas) öz rəngarəng ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Ferens Listin “İspan rapsodiyası cis-moll”, Frans Dopplerin “Macar pastoral fantaziyası D-dur, op.26”, Klod Bollinqin “Fleyta və caz piano triosu üçün süita” əsərləri səsləndirilib.