Aprelin 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.
Musiqili gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Əməkdar artist, tarzən Sahib Paşazadənin ifasında Fikrət Əmirovun “Min bir gecə” baletindən “Orgiya”, Tofiq Bakıxanovun “Tar və orkestr üçün konsert №5” (ilk ifa), Azər Dadaşovun “Simfoniya №14” və “Mələyin günü”, eləcə də Həmid Vəkilovun “Tar və orkestr üçün konsert №2” (ilk ifa) əsərləri səsləndirilib.
Konsertdə ustalıqla təqdim edilən musiqi nömrələri mədəniyyətimizin böyük hamisi olmuş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi kimi alqışlarla qarşılanıb.