Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) Simfonik, səhnə və xor musiqisi bölməsinin iclası keçirilib.
ABİ-nin katibi Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bölmənin sədri, Xalq artisti Azər Dadaşov, bəstəkarlar – Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Rüfət Ramazanov, Mürsəl Arazbəyli (Gəbəybəyov) və musiqişünas Xanlar Novruzovun iştirakı ilə keçirilən iclas bir neçə əsərin müzakirəsinə həsr olunub.
Əvvəlcə Mürsəl Arazbəylinin simfonik orkestr üçün iki pyesi, Məmmədağa Umudovun fortepiano və zurna üçün yazdığı “Cümhuriyyət marşı” və Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Vətən oğlu” simfoniyası ilkin variantda dinlənilib. İştirakçılar fikirlərini bildiriblər. M.Arazbəylinin və M.Umudovun müəllifi olduğu əsərlər üzərində qismən düzəliş və tamamlama işlərinə ehtiyac duyulduğu qeyd edilib.
İclasda müzakirə edilən musiqi nümunələrinə böyük səhnə ömrü və hər üç bəstəkara yeni uğurlar arzulanıb.